Millət vəkili “Şəmkir”ə görə AFFA-ya səsləndi: “Kim edib bu vəhşiliyi?”

22:22 - 18 İyul 2021

Millət vəkili Nurlan Həsənov “Facebook” səhifəsində Şəmkir şəhər stadionun son durumu barədə yazıb.

 

Sportal.az xəbər verir ki, o, bu sözləri qeyd edib:

 

"Azərbaycan futbolunu Şəmkirsiz təsəvvür etmək çətindir! Bu gün Şəmkir şəhər stadionunun vəziyyəti ilə yerində tanış oldum. Uşaq vaxtı o stadionda dəfələrlə "Şəmkir" futbol komandasının oyunlarına baxmışam.

 

Avrokuboklarda ilk dəfə mərhələ adlayan Azərbaycan komandasının adı "Şəmkir"dir! İndi isə hər şey məhv olub. Niyə belə olub, kim edib bu vəhşiliyi? 


Kimlərin, hansısa yerli və ya digər məmurların maraqları üst-üstə düşməyib deyə böyük bir şəhərin futbol həyatını, futbola olan marağını bitirmək qəbuledilməzdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bu məsələyə biganə yanaşmamalıdır".

 

May be an image of tree and roadMay be an image of sky, tree and natureMay be an image of sky, grass and tree

Xəbər xətti