"Beşiktaş" fransalı futbolçunun transferini tamamladı

20:49 - 20 İyul 2021

"Beşiktaş" ötən mövsüm "Sportinq"dən icarəyə götürdüyü Valentin Rozyenin transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün 4,4 milyon avro təzminat ödəməyi qəbul edib. 24 yaşlı futbolçu ilə 4 illik razılıq əldə edilib.

 

Fransalı müdafiəçi ötən mövsüm "qara qartallar"da keçirdiyi 37 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti