Sənan Qurbanov: "Soçi" oynamağa imkan vermədi"

00:30 - 23 İyul 2021

“Soçi” çox ciddi komandadır. Onlar Rusiya çempionatında 5-ci yeri tutub”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Soçi” ilə səfərdəki oyunundan sonra mətbuat konfransında deyib.

 

O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: “Planımız var idi. Futbolçular meydanda buna uyğun oynamalı idi. Amma rəqib imkan vermədi. “Soçi” daha hazırlıqlıdır. Onlar bizdən daha çox oyun keçiriblər. Futbolçularımız ilk 15 dəqiqədə həyəcanlı idi. Bu, görünürdü. Amma bizim də imkanlarımz oldu. Topu boş yerə itirəcəyimizi gözləmirdik. Bu, həm hücumda, həm müdafiədə olurdu. Bəlkə də az oyun keçirmişik. Topu da çox itirirdik. Hətta adi epizodlarda bunu edirdik. Oyunçularımız çalışdı. Ümid var. Gənc yerli futbolçular oynamaq istəyirlər”.

Xəbər xətti