"Aşdod"un qapıçısı: "Qarabağ"a qarşı oynamaq çox çətin idi"

16:16 - 23 İyul 2021

“Aşdod”un qapıçısı Yoav Gerafi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan sonra yerli mətbuata danışıb. 

 

Sportal.az xəbər verir ki, israilli həmkarlarımıza danışan 27 yaşlı çərçivə qoruyucusu Ağdam klubu ilə səfərdə 0:0 oynamaqlarını uğurlu nəticə hesab edib:


"Biz ilk oyunda yaxşı nəticə qazana bildik. Nəzərə almaq lazımdır ki, "Aşdod" uzun illərdir ki, avrokuboklarda mübarizə aparmır.

 

Səfərdə “Qarabağ”a qarşı oynamaq çox çətin idi. Evə yaxşı nəticə ilə qayıtdığımıza görə şadıq. Güclü mübarizədən uğurla çıxmağımız sevindiricidi".

Xəbər xətti