"Qalatasaray" iki gənc futbolçu transfer edir

17:02 - 23 İyul 2021

"Qalatasaray" heyətini iki gənc futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "cim bom" Fransanın "Renn" klubunun müdafiəçisi Saxa Boyu transfer etməyə yaxındı. "Le Parisien" nəşrinin yazdığına göə, tərəflər arasında razılıq ədə olunub və futbolçu həftəsonu istanbula gedərək 5+1 illik müqavilə imzalayacaq. "Sarı-qırmızılar futbolçuya illik 1,1 milyon avro maaş ödəyəcək.

 

İstanbul təmsilçisinin razılıq əldə etdiyi digər futbolçu isə Rumıniyanın "Universitate Crayova" klubunun yarımmüdafiəçisi Aleksandru Çikıldeudur. 24 yaşlı futbolçunun meneceri Covani Beçali "Çikıldeu 100 faiz "Qalatasaray"a transfer olur. Bu axşam komandadan ayrılacaq və yeni klubu ilə 5 illik müqavilə imzalayacaq" deyə bildirib.

Resim

Rumıniya mətbuatının yazdığına görə, "Qalataaray" gənc futbolçu üçün 6 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, 20 yaşlı Kamreun əsilli fransız sağ cinah müdafiəçisinin "Renn"lə müqaviləsi gələn lin yayında başa çatacaq. Son mövsümü icarə əsasında "Dijon"da keçirən gənc oyunçu 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Aleksandru Çikıldeu isə 2018-ci ildən "Universitate Crayova"da çıxış edir. O, 105 oyunda 24 qol vurub. Çikıldeu 24 dəfə formasını geyindiyi Rumıniya millisində isə 2 qol vurmağı bacarıb.

Xəbər xətti