Dadaşov 66 dəqiqə oynadı

00:50 - 26 İyul 2021

ABŞ 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “San Dieqo Loyal”la qarşılaşıb və qalib gəlib – 1:0.

 

Dadaşov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

 

“Finiks Rayzinq” 29 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti