"Sabah" Gürcüstan klubuna qarşı

10:55 - 26 İyul 2021

Yeni mövsümün hazırlığını Gürcüstanda davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv "Telavi" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtlı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, “Sabah” Gürcüstanda ilk yoxlama oyununda "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə "Samqurali"yə eyni hesabla uduzub. Komanda ayın 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.

Xəbər xətti