Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi

22:31 - 26 İyul 2021

Azərbaycanlı futbolçu Eldar Quliyev Ukraynada klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Mariupol"dan "Minay" klubuna transfer olub. Müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, "Minay"da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.

Xəbər xətti