Yovetiçin yeni klubu müəyyənləşdi

12:43 - 27 İyul 2021

Almaniyanın "Herta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Berlin təmsilçisi azad agent statusunda olan monteneqrolu hücumçu Stevan Yovetiçi heyətinə cəlb edib. 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, karyerası ərzində "Partizan", "Fiorentina", "Mançester Siti", "İnter" və "Sevilya"da oynayan Yovetiçin son klubu Fransa "Monako"su olub. O, Monteneqro millisində 61 oyunda 31 qolla yadda qalıb.

Xəbər xətti