"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşdi

12:56 - 27 İyul 2021

AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər kubokunun qalibi olan “Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizə aparacaq.

 

Sportal.az xəbər verir ki, turnirin 2021/22 mövsümünün təqvimi və iştirakçıların ilkin siyahısı dəqiqləşib. “Qırmızı-qaralar”ın mübarizə aparacağı Çempionlar yolunun püşkatması avqustun 31-də keçiriləcək.

 

1-ci mərhələnin 32 iştirakçısı 16 cüt təşkil edəcək. “Qəbələ” ilə yanaşı, "Deportivo” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Benfika" (Portuqaliya) , "Genk" (Belçika), "Şaxtyor" (Ukrayna), “Alkmaar” (Niderland), "Trabzonspor" (Türkiyə), "Zalsburq" (Avstriya), "Midtülland" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Çexiya), APOEL (Kipr), "Yanq Boyz" (İsveçrə), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Bolqarıstan), “Merkurya Çuk" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Ermənistan) klubları da Çempionlar yolunda mübarizə aparacaq. Lakin bu klubların bəziləri əsas komandanın qrupa düşməsi ilə əlaqədar Çempionlar Liqası yoluna keçirilə bilər. Bu raundun ilk oyunları sentyabrın 29-da, cavab görüşləri isə oktyabrın 20-də keçiriləcək. 2-ci mərhələnin matçları noyabrın 3-də və 24-də baş tutacaq.

 

Xatırladaq ki, koronavirus pandemiyası üzündən ləğv edilən 2020/21 mövsümündə “Qəbələ”nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması baş tutmayıb.

Xəbər xətti