"Keşlə" - "Soçi": Mətbuat konfransları və məşqin vaxtı açıqlandı

15:34 - 27 İyul 2021

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunaları çərçivəsində Rusiyanın “Soçi” klubunu qəbul edəcək “Keşlə”nin oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Sənan Qurbanov iyulun 28-də, saat 18.00-da “ASK Arena”nın konfrans zalında jurnalistlər qarşısına çıxacaq. “Keşlə”nin oyunöncəsi məşqi isə saat 19:00-da başlayacaq.

 

“Soçi”nin mətbuat konfransının isə saat 19.00-da keçirilməsi nəzərdə tutulub. Rəqibin oyunöncəsi məşqi planlaşdırılmır.

 

Qeyd edək ki, “Keşlə” - "Soçi" matçı iyulun 29-da, saat 20:00-da “ASK Arena”da keçiriləcək. 

Xəbər xətti