"Tottenhem"in futbolçusu Qətər klubuna keçdi

16:30 - 27 İyul 2021

“Tottenhem”in müdafiəçisi Tobi Alderveyreld klubla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Premyer Liqa klubu Belçika millisinin üzvünü Qətər təmsilçisi “Əl-Duhail”ə satıb. 32 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. İngiltərə təmsilçisi bu transferdən 13 milyon avro gəlir əldə edib.

 

Qeyd edək ki, Tobi Alderveyreld 2015-ci ildən şərəfini qoruduğu “Tottenhem”in heyətində 236 matçda iştirak edib.

Xəbər xətti