Erlinq Haaland: "Bir insan üçün 175 milyon avro çox böyük puldu"

16:59 - 27 İyul 2021

Almaniyanın "Borussiya" klubunun hücumçusu Erlinq Haaland haqqında çıxan transfer xəbərləri ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "SkySport"a danışan norveçli forvard 175 milyon avronun çox böyük məbləğ olduğunu bildirib:

 

"Ümid edirəm haqqımda çıxan "Çelsi" xəbərləri sadəcə şayilərdən ibarətdi. Çünki bir insan üçün 175 milyon avro çox böyük puldu".

 

Qeyd edək ki, Erlinq Haaland "Borussiya"ya 2020-ci ilin yanvar ayında "Zalsburq"dan 45 milyon avroya transfer olunub.

Xəbər xətti