"Borussiya" 34 milyona hücumçu transfer etdi

21:15 - 27 İyul 2021

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderlandın PSV klubundan Donyell Maleni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Borussiya" gənc forvard üçün Niderland təmsilçisinə 34 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Malen PSV-nin heyətində meydana çıxdığı 81 oyunda 40 qolla yadda qalıb.

Xəbər xətti