Mahir Emreli oynadı, "Legiya" mərhələ adladı

22:11 - 27 İyul 2021

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu Polşanın "Legiya" klubu Estoniyada "Flora"nın qonağı olub. Qarşılaşma Varşava təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk oyunda da 2:1 hesabı ilə qəbə qazanan "Legiya" növbəti mərhələyə vəsiqə qazanıb. Polşa klubu 3-cü təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Mahir Emreli bu görüşə start heyətdə başlayıb və 70-ci dəqiqədə Tomas Pexartla əvəzlənib.

Xəbər xətti