"Real"ın müdafiəçisi rəsmən "Mançester Yunayted"də

22:27 - 27 İyul 2021

"Mançester Yunated" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın müdafiəçisi Rafael Varanı transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

 

İngiltərə mətbuatının yazdığına görə "Mançester Yunayted" bu transfer üçün İspaniya klubuna 50 milyon avro ödəyib.

 

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi "Real"a 2011-ci ildə Fransanın "Lans" klubundan transfer olunub. Varan "kral klubu"nun heyətində meydana çıxdığı 360 matçda 17 qol vurub.

Xəbər xətti