"Sabah" Gürcüstanda son oyuna çıxır

12:04 - 28 İyul 2021

İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində son oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” klubuyla qarşılaşacaq.

 

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunacaq. Qalib komandaya xatirə kuboku təqdim ediləcək. Matç saat 18:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.

 

“Sabah” Tbilisi toplanışı çərçivəsində “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

Xəbər xətti