"İsraildə yaşayan azərbaycanlıların "Qarabağ"a marağı böyükdü"

"Qarabağ" Avropa Konfrans Liqası ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Aşdod"un qonağı olacaq.

 

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə matçdan öncə son durum barədə Sportal.az saytına açıqlama verib. O, komandanın oyuna hazır olduğunu bildirib:

 

"Komandada ümumi vəziyyət yaxşıdır. Təkcə zədəli olan Bədavi Hüseynovla Elvin Cəfərquliyev İsrailə gəlməyib. Cəzalı olan Maksim Medvedev isə komanda ilə birlikdədir. Baş məşqçinin dediyi kimi heyətdə böyük dəyişiklik gözlənilmir".

 

Gündüz Abbaszadə İsraildə yaşayan soydaşlarımızın oyuna böyük maraq göstərdiyini deyib:

 

"Stadionun ot örtüyünün vəziyyəti yaxşıdır. Kiçik stadiondur. 2000-3000 nəfər azarkeşin gələcəyi gözlənilir. UEFA-nın qaydalarına görə qonaq komandanın azarkeşləri oyuna buraxılmayacaq. İsraildə yaşayan azərbaycanlıların "Qarabağ"a marağı böyükdür. Oyunu izləmək üçün bizə və Azərbaycan İsrail Dostluq Cəmiyyətinə (AZİS) müraciət ediblər. Təəssüf ki, UEFA-nın qaydalarına görə bu mümkün deyil. Onlar yalnız yerli azarkeş kimi bilet alıb stadiona daxil ola bilərlər. Belə olan halda da "Qarabağ"ın atributları, Azərbaycan bayrağı stadiona buraxılmayacaq".

Tarix: 29 İyul [14:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio