Alfonso Dominqes: "Məqsədim qızıl medal qazanmaqdı"

16:25 - 30 İyul 2021

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında boks yarışları üzrə yarımfinala vəsiqə qazanan Alfonso Dominqes açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 1/4 finalda türkiyəli Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edən Azərbaycan təmsilçisi, özünü möhtəşəm hiss etdiyini bildirib:

 

“Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm. Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm”.

 

Dominqes görüşün gedişində Malkanla aralarındakı insidentə də toxunub:

 

“Hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu”.

 

Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçu rinqə qələbə üçün çıxacağını söyləyib:

 

“Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam”.

 

Dominqeslə Lopes arasındakı yarımfinal döyüşü avqustun 1-də keçiriləcək.

Xəbər xətti