"Mançester Siti"dən Qriliş üçün rekord təklif

18:18 - 31 İyul 2021

“Mançester Siti” İngiltərə millisinin üzvü Cek Qrilişin transferi üçün “Aston Villa”ya təklif göndərib.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçi üçün Birmingem təmsilçisinə 100 milyon funt-sterlinq (117,4 milyon avro) təklif ünvanlayıb.

 

"Aston Villa” yetirməsi olan futbolçu 2012-ci ildən əsas komandada çıxış edir. Qriliş Premyer Liqada keçirdiyi 96 oyunda 15 qol vurub, 19 məhsuldar ötürmə edib.

Xəbər xətti