Tokio-2020: Boksçumuz bürünc medal qazandı

14:14 - 1 Avqust 2021

Azərbaycan boksçusu Alfonso Dominqes (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, o, son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib. Rəqibinə məğlub olan Dominqes bürünc medal ilə kifayətlənib.

 

Alfonso Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.

Xəbər xətti