"Qalatasaray"dan 10 milyonluq transfer

13:29 - 1 Avqust 2021

"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Styaua" klubunun futbolçusu Olimpiu Morutsanı heyətinə cəlb edib. Bu barədə Buxarest klubunun prezidenti Cici Bekali məlumat verib. O, şərtlərdə razılıq əldə olunduğunu bildirib.

 

Məlumat əsasən, "sarı-qırmızılar" bu keçid üçün 10 milyon avrosundan keçib.

 

22 yaşlı rumıniyalı yarımmüdafiəçi 2018-ci ildən "Styaua"da çıxış edirdi.

Xəbər xətti