"Neftçi" - HİK oyununun biletləri satışa çıxarılır

13:40 - 1 Avqust 2021

UEFA Avropa Liqasının III təsnifat mərhələsi “Neftçi” və Finlandiyanın HİK komandaları arasında keçiriləcək ilk oyunun biletləri avqustun 2-də saat 12:00-da satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

 

Avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.

Xəbər xətti