"Sabah" "Qəbələ" ilə qarşılaşacaq

12:55 - 3 Avqust 2021

Yeni mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, komanda “Qəbələ” ilə qarşılaşacaq. Görüş avqustun 7-də saat 19:00-da “Bank Respublika Arena”da oynanılacaq.

 

“Sabah” mövsümlərarası fasilə dövründə “Zirə” (0:0), “Keşlə” (1:2), “Şukura” (1:0), “Samqurali” (0:1), “Telavi” (1:3) və “Saburtalo” (1:1) klublarıyla yoxlama oyunları keçirib.

Xəbər xətti