"Neftçi"də Aqil Məmmədov şoku

21:28 - 3 Avqust 2021

"Neftçi" Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Bakcell Arena"da HİK-lə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, "flaqman" Finlandiya təmsilçisi ilə görüşdə ciddi itki ilə üzləşib. "Ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov matçın 18-ci dəqiqəsində zədələnib. Təcrübəli qapıçı oyunu davam etdirə bilməyib və Kamran İbrahimovla əvəzlənib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.

Xəbər xətti