"Sabah"ın yeni mövsüm formalarında Xarıbülbül simvolu - VİDEO

17:22 - 6 Avqust 2021

"Sabah" klubu 2021/2022-ci illər mövsümü üçün oyun və məşq geyim dəstlərini təqdim edib.

 

Sportal.az xəbər verir ki, yeni mövsüm üçün oyun formaları ağ və göy rəngdədir. Formalarda Vətən müharibəsindəki şanlı qələbəmiz və şəhidlərimizin əziz xatirəsinə ithafən Xarıbülbül simvoluna yer verilib.

 

“Nike” şirkətinin istehsalı olan oyun və məşq geyim dəstləri tezliklə onlayn mağazada satışda olacaq.

 

Xəbər xətti