"Qəbələ"nin qapıçısı "Kəpəz"də

18:11 - 6 Avqust 2021

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi “Qəbələ”dən Müşfiq Nadirovu heyətinə qatıb. Gənc qapıçı növbəti mövsüm icarə əsasında "Kəpəz"də çıxış edəcək.

 

Qeyd edək ki, 19 yaşlı qolkiper eyni yaş qrupu üzrə milli komandanın da formasını geyinib.

Xəbər xətti