Albaniyalı müdafiəçi rəsmən "Səbail"də

17:37 - 7 Avqust 2021

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Yurgen Qoxanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Albaniyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

 

29 yaşlı futbolçu "Səbail"də 34 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Səbail” buna qədər Məhəmməd Mirzəbəyov, Elşən Abdullayev, Cabir Əmirli və Cavid Tağıyevi heyətinə qatıb.

Xəbər xətti