David Luis Braziliyaya qayıdır

22:22 - 8 Avqust 2021

"Arsenal"dan ayrılan David Luis karyerasını Braziliyada davam etdirməyə qərar verib.

 

Sportal.az "tuttomercatoweb"ə istinadla xəbər verir ki, 34 yaşlı futbolçu "Flamenqo" ilə müqavilə imzalamağa qərar verib. Türkiyənin "Adana Dəmirspor" klubu ilə yanaşı, Avropadan gələn təklifləri qəbul etməyən braziliyalı futbolçu ölkəsinə üstünlük verib.

 

Luis Avropada "Benfika", "Çelsi", PSJ və "Arsenal" klublarında çıxış edib. Təcrübəli futbolçu "San-Paulu"nun yetirməsidir və ölkəsində həm də "Vitoriya"da oynayıb.

Xəbər xətti