Messi: "PSJ ilə hədəflərimiz üst-üstə düşür"

15:08 - 11 Avqust 2021

PSJ-nin yeni transferi Lionel Messi mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu Paris təmsilçisini seçməyinin səbəblərini açıqlayıb. 34 yaşlı hücumçu PSJ-dəki hədəfləri haqda da danışıb:

 

"Barselona"dan ayrılmaq çox çətin idi. Amma burada olduğum üçün xoşbəxtəm. PSJ bütün kubokları qazanmağa hazırdı. Mən də buna görə buradayam.

 

Sahib olduğumuz heyətə baxmaq məni həyəcanlandırır. PSJ ilə hədəflərimiz üst-üstə düşür. Ümid edirəm ki, birlikdə bu hədəflərə çata bilərik. Parisi seçmək səbəblərimdən biri də Neymarla birlikdə oynamaq idi.

 

"Barselona" azarkeşlərinə hər zaman minnətdar olacağam. Ora mənim evimdi. Qələbələr qazanmağı nə qədər çox istədiyimi və buna görə də rəqabətcil bir komandaya gəldiyimi başa düşəcəklər.

 

Əgər "Barselona" ilə qarşılaşsaq, azarkeşlərlə dolu "Kamp Nou"ya dönmək gözəl olacaq. Bir tərəfdən də evimdə fərqli formayla meydana çıxmaq çox qəribə hiss etdirəcək".

Xəbər xətti