Ramosdan Messi paylaşımı

15:59 - 12 Avqust 2021

PSJ-nin yeni transferi Serxio Ramos Paris təmsilçisi ilə müqavilə imzalayan Lionel Messi ilə bağlı sosial hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, "Real"da çıxış edərkən "Barselona" ilə matçlarda argentinalı hücumçu ilə tez-tez gərgin anlar yaşayan ispaniyalı müdafiəçi bunları qeyd edib:

 

"Bir gün eyni komandada oynayacağımızı kim söyləyə bilərdi? Xoş gəldin, Messi".

 

Fransa mətbuatının məlumatına görə, Ramos Messiyə PSJ ilə müqavilə imzalamamışdan 2 gün öncə zəng edib və yeni komanda yoldaşına "Parisdə otel əvəzinə, evdə qalmaq istəsən, qapım üzünə açıqdır", - söyləyib.

Xəbər xətti