Messinin göz yaşlarını sildiyi salfet satışa çıxarıldı

20:42 - 13 Avqust 2021

"Barselona"nın keçmiş hücumçusu Lionel Messinin son mətbuat konfransında göz yaşlarını sildiyi salfet satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, elan avqustun 13 -də Mercado Libre saytında yerləşdirilib. Hərraca çıxarılan salfetin dəyəri bir milyon dollar olaraq qiymətləndirilir.

 

34 yaşlı argentinalı futbolçu azad agent statusu ilə PSJ-yə keçib.

Xəbər xətti