"Zirə"dən 3 transfer

00:00 - 14 Avqust 2021

“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.

 
Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.

Xəbər xətti