I Divizion: püşkatma mərasimi keçiriləcək

19:19 - 14 Avqust 2021

Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi.

 

Sportal.az xəbər verir ki, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

 

I Divizionda yeni mövsüm sentyabrın 13-də start götürəcək.

 

Xəbər xətti