Alfonso Dominges Azərbaycan millisini seçməsindən danışdı

14:50 - 15 Avqust 2021

Azərbaycan millisinin kubalı boksçusu Alfonso Dominges (81 kq) "infobae.com" saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan 26 yaşlı idmançı Azərbaycan yığmasını seçməsindən danışıb:

 

"Kubada 3-cü boksçu idim. İkinci hesab olunan idmançı yarışlarda məndən daha çox iştirak edirdi. Ancaq mən heç vaxt ona uduzmamışdım. Yoxsul ailədə böyümüşəm. Ailəmə dəstək olmalıyam. Azərbaycanda məvacibim normaldır, mənə kifayət edir. Hazırda Kubada yaşayan anama və qızıma pul göndərirəm. Ailəmə görə ölkədən getməyə razılaşdım. Qızımı görə bilməmək ağırdır, amma belə olmalıdır".

 

Alfonso Dominges 2017-ci ildən Azərbaycan millisində çıxış edir.

Xəbər xətti