Kapitandan baş məşqçiyə məsləhət: "4-2-3-1 sistemi ilə oynayaq"

19:03 - 15 Avqust 2021

"Borussiya" Almaniya Bundesliqasının 1-ci turunda "Ayntraxta" 5:2 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Dortmund təmsilçisinin baş məşqçisi Marko Rouz maraqlı açıqlama verib. 44 yaşlı mütəxəssis komandanın kapitanı Marko Roysun ona taktika ilə bağlı məsləhət verdiyini deyib: 

 

"Marko Roys matçın ortasında yanıma gəlib "4-2-3-1 sistemi ilə oynayaq. "Ayntraxt fərqli oynayır" dedi, mən də qəbul etdim. Bir komandanın kapitanı meydanda nə baş verdiyini hiss edə bilir. Bu xoşuma gəldi".

 

Qeyd edək ki, Marko Rouz "Borussiya"nın baş məşqçisi postuna mövsümlərarası fasilədə təyin olunub.

Xəbər xətti