"Kəpəz" növbəti yoldaşlıq oyununu keçirib

11:44 - 16 Avqust 2021

“Kəpəz” yeni mövsüm öncəsi ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv Gəncə şəhər stadionunda “Zaqatala”nı qəbul edib. Görüş “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

İlk hissədə meydan sahiblərindən Emil Qasımov və kapitan Əli Səmədov fərqlənib. Fasilədən sonra qonaqlardan Ceyhun Rəcəbov fərqi azaldıb. Oyunun sonlarında “Zaqatala” penaltidən qol vurmaq imkanı əldə etsə də, “Kəpəz”in qapıçısı Müşfiq Nadirov əla reaksiya ilə topu dəf edib.

 

“Kəpəz” ilk yoxlama matçında “Mübarizlər”i 10:0 hesabıyla məğlub etmişdi.

Xəbər xətti