"Kəpəz" sevərləri çempionluq arzusuna çatdıracağıq"

“Kəpəz”in yeni transferlərindən olan İbrahim Qədirzadə klubun mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi komanda seçimində Gəncə təmsilçisinə niyə üstünlük verməsindən danışıb:

 

“Bir çox klublardan təklif vardı, üstünlüyü “Kəpəz”ə verməyim bu komandanın tarixi köklərə, böyük ənənələrə malik olması ilə bağlıdır. Gəncə kollektivi həmişə iddialılar sırasında olub, titullar qazanıb. Gələcəkdə Premyer Liqada oynamaq istəyim də “Kəpəz”ə keçidimə rəvac verdi. “Xəzər Lənkəran”ın heyətində elitada oynamışam. “Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb, yaxşı kollektiv formalaşdırılıb. İstədiyimiz çempionluqdur, inşallah, buna da nail olarıq”.

 

Son mövsümü legioner kimi Gürcüstanda keçirmiş futbolçu azarkeşlərə ismarıc da göndərib:

 

“Gəncə azarkeşləri haqda həmişə yaxşı sözlər deyilib, elə məndə yüksək fikirlər söyləyə bilərəm. Azərbaycanda iki böyük fanat ordusu varsa, biri Gəncədə, digəri Lənkərandadır. “Kəpəz” sevərləri çempionluq arzusuna çatdıracağıq. Bizə böyük etimad bəsləyən azarkeşlərə, baş məşqçimizə və klub rəhbərliyinə nəticəmizlə qarşılıq verməliyik”.

Tarix: 18 Avqust [14:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio