"Sabah"ın "Sumqayıt"la 12-ci dueli

13:35 - 19 Avqust 2021

Həftəsonu Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Şənbə günü keçiriləcək matç komandalar arasında Premyer Liqada 12-ci görüş olacaq. Bu günə kimi keçirilmiş oyunların 4-də “Sabah”, 5-də isə rəqib qalib gəlib. 2 görüş heç-heçə başa çatıb (top fərqi – 12-15).

 

“Sabah” səfər görüşlərində daha uğurlu çıxış edib (4 qələbə, 2 məğlubiyyət). Bu komandalar arasında Sumqayıtda baş tutmuş son matç “Sabah”ın qələbəsilə nəticələnib (2:0).

 

“Sumqayıt” – “Sabah” görüşü avqustun 21-də, saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər xətti