Klublara maliyyə yardımı ediləcək

14:48 - 19 Avqust 2021

AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

 

Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək liqa təmsilçilərinə maliyyə yardımı davam etdiriləcək. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.

Xəbər xətti