Messi, Ramos və Neymarın adı PSJ-nin heyətinə salınmadı

13:14 - 20 Avqust 2021

PSJ Fransa 1-ci Liqasının 3-cü turu çərçivəsində səfərdə "Brest"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin bu qarşılaşma üçün səfər heyəti açıqlanıb. Komandanın yeni transferləri Serxio Ramosla Lionel Messi və Neymarın adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Brest" - PSJ görüşü bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti