Güləşçimiz dünya çempionatının finalına yüksəldi

17:13 - 20 Avqust 2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən Vəliyev 1/4 finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb. Ancaq Hollandiya idmançısı keçilməz olub.

 

Sərxan Məmmədov ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisiylə gərgin keçən mübarizədən də qalib ayrılan Sərxan finala yüksəlib.

 

Bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları avqustun 21-də keçiriləcək.

Xəbər xətti