Dünya çempionatı: iki güləşçimiz yarımfinalda

14:40 - 21 Avqust 2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

 

Sportal.az xəbər verir ki, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

 

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan Məmmədli adını yarımfinala yazdırıb.

 

Həsrət Cəfərov dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. Cəfərov 1/4 finalda yerli güləşçiylə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib.

 

Xasay Həsənli debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq 1/4 finalda son Avropa çempionuyla bacarmayıb.

 

Murad Əhmədiyev ilk görüşdə gürcü həmkarına uduzub.

 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

Xəbər xətti