Millimiz bu dəfə Bosniya və Herseoqvinaya uduzdu

01:01 - 22 Avqust 2021

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komandamız qrupda ikinci oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib. Oyun millimizin 0:3 (14:25, 23:25, 17:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edibər.

 

Yığmamız ilk oyununda da Belçika millisinə 0:3 hesabı ilə məğlub olub. Millimiz avqustun 22-də Rusiya, iki gün sonra Serbiya, ayın 25-də isə Fransa ilə qarşılaşacaq.

 

Turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur

 

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhləsinə vəsiqə qazanacaq.

Xəbər xətti