Mahirin komandasının oyunu təxirə salındı

12:30 - 22 Avqust 2021

Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın Polşa Ekstraklasasının 5-ci turundakı oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində evdə Çexiya "Slaviya"sı ilə matçına yaxşı hazırlaşması üçün bu qərar verilib.

 

"Legiya" bu gün "Bruk-Bet Termaliça" ilə qarşılaşmalı idi.

 

Polşa klubunun "Slaviya" ilə ilk görüşü 2:2 hesabı ilə başa çatıb. Mahir Emreli bu matçda komandasının 1 qolunu vurmuşdu. Bu komandalar arasında cavab oyunu avqustun 26-cı keçiriləcək.

Xəbər xətti