Alleqri: "Ronaldo mənə "Yuventus"da qalacağını dedi"

17:17 - 22 Avqust 2021

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılacağı xəbərləri yayılan Krişitano Ronaldo barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 35 yaşlı portuqaliyalı hücumçunun komandada qalacağını deyib:

 

"Ronaldo bizim üçün xüsusi futbolçudur, çoxlu qollar vurur. Yeni mövsümə çox yaxşı hazırlaşır. Transfer xəbərlərini mən də oxuyuram. Ronaldo bizə ayrılmaq istədiyi barədə deməyib. O, komandada qalacaq. Mənə də belə dedi".

 

Ronaldonun Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti