Mövsümdə ilk, "Səbail" səfərdə "10"a çatdı

13:07 - 23 Avqust 2021

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk böyükhesablı nəticəsi II tura təsadüf edib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

 

Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.

Xəbər xətti