Belçikalı futbolçu: "Rəşad Sadıqovu yaxşı tanıyırlar və hörmət edirlər"

15:06 - 23 Avqust 2021

"Zirə"nin yeni transferi olan Loris Broqno ölkəsi Belçikanın mətbuatına açıqlam verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı vinger Azərbaycan klubuna keçidi haqda danışıb. O, "Zİrə"nin baş məşqçisi Rəşad Sadıqov haqda da fikirlərini bildirib:

 

"İlk olaraq Rəşad Sadıqov mənimlə əlaqə saxladı. O, məni öz oyun fəlsəfəsi və layihəsi ilə tanış etdi. Biz tərcüməçi vasitəsilə danışırdıq. Əslində o, Azərbaycan futbolunun keçmiş ulduzlarındandı. Onu yaxşı tanıyırlar və hörmət edirlər".

Xəbər xətti