Kamran Əliyev "Rubin"lə oyunda ehtiyatda qaldı

15:28 - 23 Avqust 2021

Rusiya Premyer Liqasında V turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" doğma meydanda "Rubin"lə heç-heçə edib - 1:1.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

5 turdan sonra 5 xalı olan "Ximki" 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti