Samir Abasovun mətbuat konfransı olacaq

21:21 - 23 Avqust 2021

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-da Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) ilə səfər oyunundan öncə “Neftçi”nin baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

 

Sportal.az xəbər verir ki, tədbir avqustun 25-də Bakı vaxtı ilə saat 20:30-dan etibarən “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək.

 

Konfransdan sonra saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

Eyni məkanda həmin gün saat 18:30-da rəqib komandanın mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Xəbər xətti